“Qarabağ” heyətinə 3 yeni oyunçu cəlb edir.
Turkustan.az qol.az-a istinadən xəbər verir ki, iki futbolçu hücum xətti üçün alınıb. Həmin futbolçulardan biri Taofik İsmaildir.
Nigeriyalı 26 yaşlı bu futbolçu sol vingerdir. Müqavilə ilə Polşanın “Qurnik Zabje” klubuna məxsus olan İsmaeel son mövsümü icarə qaydasında “Lex” komandasında keçirib
O, ötən mövsüm Polşa Ekstraklasası, UEFA Konfrans Liqası və Polşa kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini edib.
Transfer edilən digər futbolçu isə Reda Khadradır. O, hücumameyllli orta xətt futbolçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir.
Reda Almaniyanın U-21 və U-19 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın “Reyms” klubuna məxsus olan Reda son mövsümü icarə qaydasında Liqa-1 təmsilçisi “Havr”da keçirib (8 oyun).
Məlumata görə, “Qarabağ” daha bir oyunçu alır və həmin futbolçu bu axşam Bakıda olacaq. Onun kimliyi və mövqeyi barədə xəbər veriləcək.