Suriyada YPG/SDG-nin silahlı strukturunu ləğv edərək Suriya ordusuna inteqrasiya olunması ilə bağlı razılaşma İsrail mediasında geniş müzakirə olunub.
Turkustan.az xəbər verir ki, Türkiyə mediasında yayılan xəbərlərə görə, Türkiyənin diplomatik səyləri və Prezident Rəcəb Tayyib Ərdoğanın Suriyadakı siyasəti fonunda əldə olunan razılaşma İsrailin təhlükəsizlik dairələrinin diqqətini çəkib.
İsrailin “Maariv” qəzetində hərbi analitik Avi Aşkenazinin müəllifi olduğu təhlildə YPG/SDG-nin Suriya ordusuna inteqrasiyası regional qüvvələr balansına təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilib.
Təhlildə Türkiyənin Suriyada “əhəmiyyətli diplomatik və hərbi uğur” əldə etdiyi iddia olunub. Müəllif bu addımın İsrailin Suriyadakı hesablamalarına mənfi təsir göstərə biləcəyini və ölkənin regiondakı strategiyasını yenidən nəzərdən keçirməli ola biləcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az