“Kərki” deyəndə nə bilirsiniz haranı nəzərdə tuturam? – Paşinyandan müəmma


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində istifadə olunan xəritələr və Kərki məsələsi ilə bağlı sualları cavablandırıb.

Turkustan.az xəbər verir ki, brifinq zamanı jurnalistlər Paşinyandan Kərki ilə bağlı mövqenin dəyişməsinin səbəbini soruşublar.

Paşinyan bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi üçün istifadə olunan xəritələr tərəflərin danışıqlar yolu ilə seçdiyi sənədlər olmayıb:

“Biz bu xəritələrə danışıqlar nəticəsində gəlib çıxmamışıq. Bu, danışıqların mövzusu olmayıb. Praqada hələ 2022-ci ildə təsdiqlənib ki, Alma-Ata Bəyannaməsinə əsasən bir-birimizin ərazi bütövlüyünü tanıyırıq”.

“Bəs indi siz haradan bilirsiniz ki, mən “Kərki” deyəndə hansı ərazini nəzərdə tuturam – böyük hissəni, yoxsa kiçik hissəni? Bu, delimitasiyanın növbəti mərhələsində həll olunacaq məsələdir”, – Paşinyan bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ