Nepalda baş verən genişmiqyaslı daşqınlar və torpaq sürüşmələri nəticəsində 55 Ukrayna vətəndaşının itkin düşdüyü bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, təbii fəlakət nəticəsində ümumilikdə 1100-dən çox insan itkin düşüb. Onlardan 400-dən çoxu yerli sakin, 700-dən çoxu isə 30 ölkədən olan turistlərdir.
İtkinlər arasında 55 Ukrayna vətəndaşı da var. Onların 54-ü iki ayrı turist qrupunun tərkibində, biri isə başqa ölkələrdən olan turist qrupunda olub.
Ukrayna Xarici İşlər Nazirliyi hazırda Nepalda ölən və ya yaralanan Ukrayna vətəndaşları barədə məlumatın olmadığını bildirib.
Nazirlik vəziyyəti izlədiyini və itkin düşən ukraynalıların axtarışı ilə bağlı məlumatları dəqiqləşdirdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az