Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Qosen-Noy Zittau şəhərində məktəbdə bıçaqlı hücum baş verib.
Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 18 yaşlı şagird və hücumu dayandırmağa çalışan 30 yaşlı kişi həyatını itirib, iki nəfər yaralanıb.
“Berliner Zeitung”un məlumatına görə, hadisə yerli vaxtla saat 13:45 radələrində baş verib.
Polis çoxsaylı əməkdaş və təcili yardım briqadalarını hadisə yerinə cəlb edib. Bir şübhəlinin saxlanıldığı bildirilib.
“Maerkische Allgemeine” qəzetinin məlumatına görə, saxlanılan şəxs öldürülən şagirdin 19 yaşlı keçmiş sevgilisi ola bilər. İstintaq davam edir.
Aytən Yaşar/ Turkustan.az