Toyuq əti mal və donuz ətini geridə qoyaraq, qlobal miqyasda ən çox tələbat olan ət növünə çevrilib.
Turkustan.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qəzetin məlumatına əsasən, qlobal səviyyədə becərilən toyuqların sayı 2006-cı ildə 48.3 milyard idisə, bu rəqəm 2023-cü ildə artıq 76.2 milyarda çatıb.
İstehsal həcminə görə isə quş əti 2022-ci ildə donuz ətini üstələyib.
"Rabobank"ın eksperti Nan-Dirk Mülder bildirib ki, son üç-dörd il ərzində sözügedən ət növünün istehsalındakı artım tempi sürətlənərək illik 3 faizdən çox olub. /bakivaxti.az/