Moskvada avqustun 27-də günorta radələrində Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatın videogörüntüsü yayılıb.
Turkustan.az "Report"a istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.