Yaylaqda ildırım 250 qoyunu vurdu - FOTO


Qırğızıstanda yaylada ildırım çaxıb. Bölgədə insanlar böyük qorxu və təşviş yaşayarkən, yaşıllıqda otarılan 250 qoyun tələf olub. Hadisə yerinə gələn qruplar dəymiş ziyanı qiymətləndirmək üçün işə başlayıb.

Turkustan.az xəbər verir ki, Qırğızıstanın Caz Keçuu yaylasında ildırım vurması nəticəsində 250 qoyun ölüb. Heyvanlardan qalan yalnız kameraya düşən bu görüntülərdir.

Qırğızıstanın şimalında yerləşən İssık-Kul bölgəsinin sakinləri dünən qorxulu anlar yaşayıb. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İssık-Kul vilayətinin Ton rayonundakı Cazy Keçuu yaylasında ildırım çaxıb.

Baş verən kədərli hadisədə rayon əhalisi böyük qorxu və təşviş yaşadı. Yeganə təsəlli heç kimin zərər görməməsi idi. Tələf olan heyvanlardan qalan yalnız kameralara düşən bu görüntülər idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ