30 avqustda Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində 18 nəfərin ölümü ilə nəticələnən Filo Jet gəmi qəzası ilə bağlı istintaq davam edir.
Turkustan.az xəbər verir ki, araşdırma zamanı gəminin su keçirməyən bölmələrinin olduğu və həmin bölmələrin qapılarının bağlı saxlanılmasının nəzərdə tutulduğu müəyyən edilib.
İstintaq çərçivəsində saxlanılan 9 şübhəli bu gün altıncı dəfə Girnə Rayon Məhkəməsinə çıxarılıb. Məhkəmə istintaqın başa çatmadığını nəzərə alaraq onların həbs müddətini daha 7 gün uzadıb.
İclas zamanı istintaqın texniki aspektləri, gəmidə aparılan təmir işləri və su keçirməyən qapıların vəziyyəti ilə bağlı yeni məlumatlar da açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az