Kürdəmir rayonunda daha bir nəfəri ildırım vurub öldürüb.
Turkustan.az-ın məlumatına görə, hadisə sentyabrın 29-da axşam saatlarında rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub. B.Calalov hadisə yerində ölüb./oxu.az
xxx
Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.
Baku TV-nin məlumatına görə, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.
Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.