Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 50 nəfəri ötdü...


Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

Turkustan.az-ın xəbərinə görə, onlardan 7-si azyaşlıdır

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır./Bakıvaxtı.az

xxx

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Turkustan.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.


MANŞET XƏBƏRLƏRİ