Səudiyyə Ərəbistanının döyüş təyyarələri Yəmənin Husilərin nəzarətində olan Həccah, Taiz və Lahic əyalətlərinə hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, Husilərin məlumatına görə, hücumlar zamanı yeddi müxtəlif ərazi hədəfə alınıb.
Həccahın Vuşha rayonunda rabitə şəbəkəsinə, Lahicin Qubayta rayonundakı Əl-Hicr İnstitutuna, Taizdə isə Hayfan, Əl-Kedha, İcma Kolleci və Samiya ərazilərinə zərbələr endirildiyi bildirilib.
Hücumların nəticələri və itkilər barədə məlumat verilməyib. Səudiyyə Ərəbistanı hakimiyyəti iddialara münasibət bildirməyib.
Yəməndə vətəndaş müharibəsi Husilərin 2014-cü ildə paytaxt Sənanı və bir sıra əyalətləri ələ keçirməsindən sonra davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ildən beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.
Aytən Yaşar/ Turkustan.az