COVID-19 pandemiyası zamanı bu göstəricilər qismən azalmışdı. Buna ya testlərin sayının azalması, ya da təsadüfi cinsi əlaqələrin daha az olması səbəb ola bilərdi. Lakin artıq 2021-ci ildən etibarən statistika kəskin şəkildə artmağa başlayıb.
Turkustan.az xəbər verir ki, "The Economist" yazır.
Belə ki, 2024-cü ildə Avropa ölkələrində 100 min qonoreya hadisəsi qeydə alınıb. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Sifilisə yoluxma hallarının sayı isə iki dəfə artaraq 46 minə çatıb. Yeganə istisna xlamidiozdur: bu xəstəliklə bağlı halların sayı 2015-ci ildəki səviyyədə qalıb.
Jurnalistlərin istinad etdiyi Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) qeyd edir ki, xəstəliklərin sayındakı bu artım yalnız testlərin çoxalması ilə izah edilə bilməz.
Mütəxəssislərin bir qismi bunu tanışlıq tətbiqlərinin populyarlığının artması ilə əlaqələndirir. Digər izahlardan biri isə insanların ənənəvi qorunma vasitələrindən getdikcə daha çox imtina etməsidir.
Jurnalistlər qeyd edirlər ki, Avropada cinsi yolla ötürülən xəstəliklərlə bağlı ənənəvi risklərlə yanaşı, xəstəliklərin anadan uşağa ötürülməsi halları da artır. 2023-2024-cü illərdə belə yoluxmaların sayı iki dəfə artıb.
Mütəxəssislər həmçinin zöhrəvi xəstəliklərin coğrafi baxımdan bütün Avropanı əhatə etdiyini bildirirlər. Qonoreyaya ən çox Bolqarıstan, Fransa və İtaliyada rast gəlinir. Sifilisə yoluxma hallarının ən yüksək göstəriciləri isə Belçika və Macarıstandadır. Litva və Maltada hər iki xəstəlik üzrə artım qeydə alınıb.
Eyni zamanda, Avropanın daha yoxsul ölkələrində rəsmi göstəricilər testlərin kifayət qədər aparılmaması səbəbindən "yanıltıcı dərəcədə aşağıdır". Məsələn, əhalisi 19 milyon olan Rumıniyada cəmi 24 xlamidioz hadisəsi qeydə alınıb.
ECDC Avropanın hər bir ölkəsində monitorinqin və risk qrupuna daxil olan insanların məlumatlandırılmasının gücləndirilməsinin vacibliyini vurğulayır. Bu, xəstəliklərin yayılmasını daha obyektiv izləməyə və səhiyyə sahəsində daha düzgün qərarlar qəbul etməyə imkan verə bilər. /qaynarinfo.az/