Ben-Qvir Fransa yəhudilərini ölkəni tərk etməyə çağırdı


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fransada yaşayan yəhudiləri İsrailə mühacirət etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, o, bu çağırışını Fransa hökumətinin işğal altındakı Qərb Sahilində fəaliyyət göstərən İsrail şirkətlərinə qarşı sanksiyaları ilə əlaqələndirib.

Ben-Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” Partiyasının açıqlamasına görə, nazir bu fikirləri Fransa yəhudi icması üçün təşkil olunan konfransda səsləndirib. O, Paris hökumətinin sanksiyalarını tənqid edərək Fransada İsrailə zərər vermək istəyən insanların olduğunu iddia edib.

İsrailli nazir Fransada yaşayan yəhudiləri ölkəyə köçməyə çağıraraq deyib:

“İsraildə olun. Bura sizin evinizdir. Bu, sizin vətəninizdir. Bəli, bu, sizin vətəninizdir”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ