Makron daxili işlər nazirinin istefasını qəbul etmədi


Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən etirazlar və həftəsonu baş verən zorakılıqlardan sonra Daxili İşlər naziri Loran Nunezin istefa ərizəsini rədd edib.

Turkustan.az xəbər verir ki, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilib.

Açıqlamaya görə, Makron polis və təhlükəsizlik qüvvələrində idarəetmə zəncirinin qorunması üçün Nunezin vəzifəsində qalmasının vacib olduğunu vurğulayıb.

Fransa Prezidenti nazirdən talanların qarşısını almaq üçün mümkün qədər tez yeni mübarizə üsulları hazırlamasını da istəyib.

Ölkədə etirazlar yaşayış xərclərinin artması, dövlət xidmətlərindəki problemlər və məktəblərin vəziyyətindən narazılıq fonunda başlayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ