Çin Prezidenti Si Cinpin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə Donald Trampla görüşündə iki böyük xalqın qarşıdurmadan deyil, əməkdaşlıqdan yana olmalı və sülh şəraitində birgə yaşamalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, görüşün əvvəlində çıxış edən Si Cinpin Donald Trampla aralarında qarşılıqlı hörmətə əsaslanan şəxsi münasibətlərin formalaşdığını deyib.
Çin lideri bildirib ki, Çin və ABŞ-ın fərqli milli şəraitə malik olmasına baxmayaraq, səmimi, dərin və davamlı dialoq vasitəsilə tərəflər bir-birini daha yaxşı anlaya bilər.
Si Cinpin qeyd edib ki, “Çin və ABŞ əməkdaşlıqdan qazanacaq, qarşıdurmadan isə uduzacaq. Rəqabətdən qaçmaq lazım deyil, lakin rəqabət sağlam olmalı və müəyyən məhdudiyyətlər çərçivəsində saxlanılmalıdır”.
O, həmçinin iki ölkənin hərbi qüvvələri arasında müntəzəm dialoqun aparılmasının, böhran kommunikasiyası və qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Si Cinpin bildirib ki, bu yanaşma ilə Çin və ABŞ “Fukidid tələsi”ni dəf edə bilər.
Aytən Yaşar/ Turkustan.az