ABŞ-ın İran üzrə virtual səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq yayıb və İslam Respublikası və ona bağlı qüvvələrin ABŞ şirkətləri və qurumları da daxil olmaqla, dünyanın hər yerindəki ABŞ maraqlarını və obyektlərini hədəf ala biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, xəbərdarlıq oktyabrın 18-də edilib.
Xəbərdarlıqda Yaxın Şərqdəki ABŞ vətəndaşları regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti səbəbindən daha diqqətli olmağa və mümkün uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səyahət pozuntularına hazır olmağa çağırılıb.
“ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər”,- ABŞ səfirliyi vurğulayıb.
ABŞ səfirliyi vətəndaşlarına İrandakı uçuş statusunu birbaşa aviaşirkətlərlə yoxlamaq, fövqəladə hallar üçün alternativ planlara sahib olmaq və böyük izdihamların və polisin sıx olduğu ərazilərdən çəkinməyi tövsiyə edib.
“İranın quru sərhəd keçid məntəqələri xəbərdarlıq edilmədən və ya çox qısa müddətdə bağlana bilər”, - xəbərdarlıqda bildirilib./axar.az