Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı münaqişənin yekun həlli üçün Kiyevin də prosesdə iştirakının vacib olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukraynadakı vəziyyəti və beynəlxalq gündəmdəki məsələləri şərh edib.
Ukrayna münaqişəsinin sona çatdırılmasına yönəlmiş diplomatik təşəbbüslərdən danışan Peskov bildirib ki, “Ukraynadakı münaqişənin qəti həlli Kiyevdə məsuliyyəti öz üzərinə götürməyə hazır olan birinin iştirakı olmadan mümkün deyil”.
Kremlin sözçüsü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü ilə bağlı suala da cavab verib.
Peskov belə bir görüşün keçirilməsi ehtimalının liderlərin sammitdə iştirak etməsi ilə əlaqəli olduğunu bildirib. Bununla belə, o, görüşün keçirilməsi, mümkün gündəliyi və məzmunu ilə bağlı konkret təklif və ya razılaşmanın olmadığını vurğulayıb.
Aytən Yaşar/Turkustan.az