Tramp Zelenskiyə qəzəbləndi: “O, müharibəni bitirmək istəmir”


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən tənqid edərək onu münaqişəni başa çatdırmaq istəməməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.

“Zelenski müharibəni bitirmək istəmir və çox güman ki, heç vaxt bunu istəməyib”, – deyə ABŞ lideri bildirib.

Tramp həmçinin qeyd edib ki, Zelenski Rusiyadakı neft emalı zavodlarını hədəf seçir və bu hücumların ABŞ bazarı da daxil olmaqla, dünya bazarlarına ciddi zərər vurduğunu bilir.

ABŞ Prezidenti iddia edib ki, Zelenski iki il əvvəl indikindən daha əlverişli razılaşma əldə edə bilərdi.

“Onun ölkəsi xarabalığa çevrilib, ərazisinin böyük hissəsi itirilib, dənizlərə və okeanlara çıxışını itirib, kişi əhalisinin sayı isə azalır – insanlar yaralanır və ya həlak olurlar”, – deyə Tramp vurğulayıb.

Tramp Zelenskinin sülh razılaşmalarına hazır olmamasından narazılığını ifadə edib və onun münaqişənin nizamlanmasına heç vaxt can atmadığını ehtimal edib. ABŞ lideri Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni liderin lazım olduğunu söyləyib./modern.az


MANŞET XƏBƏRLƏRİ