ABŞ dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini müvəqqəti dayandırdığı barədə iddiasını təkzib edib.
Turkustan.az xəbər verir ki, iki ölkə arasında məlumat mübadiləsində heç bir fasilənin olmadığını bildirib. Rubio bu barədə Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə görüşü zamanı danışıb.
ABŞ mətbuatının məlumatına görə, Rubio Zelenskinin açıqlamasına münasibət bildirərkən deyib: “Onun bu məlumatı haradan aldığını və ya niyə mətbuata belə açıqlama verdiyini bilmirəm. Geri qayıdıb ondan soruşmalısınız. Heç bir fasilə olmadı”.
Dövlət katibi Zelenskini Rusiya-Ukrayna müharibəsinin başa çatmasına diqqət yetirməyə çağırıb. O, həmçinin Rusiyanın ballistik raket hücumlarından əvvəl Ukraynaya erkən xəbərdarlıq məlumatlarının verilib-verilməməsi məsələsinə münasibət bildirib.
Rubio son hücum zamanı nələrin baş verdiyini bilmədiyini, lakin bir neçə gecə əvvəl erkən xəbərdarlıq sistemində proqram təminatı ilə bağlı problem yarandığını qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Avropa Komandanlığı (EUCOM) məsələni araşdırır. Rubio son hücumla bağlı əlavə şərh verməkdən çəkinib.
Aytən Yaşar/Turkustan.az
Aytən Yaşar/Turkustan.az