Yaponiyadan Rusiyaya mesaj: Kuril mübahisəsi gündəmdə


Yaponiya hökuməti mübahisəli Kuril adaları üzərindəki ərazi mübahisəsini həll etmək üçün Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru gündəlik mətbuat brifinqində bildirib.

Kihara Yaponiya-Rusiya münasibətlərindəki çətin vəziyyətə baxmayaraq, Moskva ilə lazımi təmasları davam etdirəcəklərini vurğulayıb.

“Hazırkı çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün çalışmağa davam edəcəyik”, – deyə o bildirib.

Kyodo xəbər agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında mübahisəli Kuril adalarına səfəri iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ