Sözləri Milli Məclisin deputatı, şair-publisist Elçin Mirzəbəyliyə, musiqisi İslam Kamaloğluya məxsus olan yeni mahnı “Salam, əsgər” adlanır.
Turkustan.az xəbər verir ki, istedadlı və fərqli səs rənginə sahib olan, klassik mahnılara yeni nəfəs verən Pəriyarın ifasında səslənən mahnı hərbi xidmətdə, Vətənin keşiyində olan Azərbaycan əsgərlərinə və səbrlə onların yolunu gözləyən analara ithaf olunub.
Qeyd edək ki, “Salam, əsgər” mahnısı “Ey, Vətənim” marşından sonra Elçin Mirzəbəyli, İslam Kamaloğlunun və Pəriyarın birlikdə ikinci yaradıcılıq işidir.