Qazaxıstanda inqilab üçün məndən kömək istədi - Japarov məşhur oliqarxdan danışdı


Qırğızıstan prezidenti Sadır Japarov Qazaxıstan müxalifətçisi və keçmiş bank rəhbəri Muxtar Ablyazovun 2020-ci ildə onunla telefon danışığı zamanı Qazaxıstanda inqilab təşkil etmək üçün kömək istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Super.kg” nəşri məlumat yayıb.

Japarovun sözlərinə görə, Ablyazov Bişkekə gələrək orada qalmaq və Qazaxıstanda inqilab təşkil etmək istədiyini deyib. O, həmçinin Ablyazovun söhbət zamanı Qırğızıstan pasportuna sahib olduğunu bildirdiyini iddia edib.

Qeyd edək ki, Muxtar Ablyazov Qazaxıstan hakimiyyətinin tanınmış tənqidçilərindən biri, müxalifətçi və oliqarxdır./publika.az


MANŞET XƏBƏRLƏRİ