Türkiyədən Rusiya və Ukraynaya təklif


Türkiyə Ukrayna və Rusiyaya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təklif təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Milliyyət” məlumat yayıb.

“Türkiyə Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca İstanbul boğazına qədər, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca təhlükəsizlik dəhlizinin açılmasını təklif edir. Tərəflər razılığa gələrsə, “taxıl sazişi”nə bənzər, lakin bu dəfə bütün ticarət gəmilərini əhatə edəcək bir saziş imzalanacaq”, - məlumatda deyilib./axar.az


MANŞET XƏBƏRLƏRİ