ABŞ-ın Rusiyanın Ukraynaya hava hücumları ilə bağlı erkən xəbərdarlıqları Kiyev hökumətindən qəsdən gizlətdiyi iddia edilir. Hücumlar nəticəsində altı nəfərin həlak olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, CBS News anonim mənbələrə istinadən ABŞ-ın Ukraynaya qarşı həyata keçirilən hava hücumları barədə erkən xəbərdarlıqları paylaşmadığını yazıb.
Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri ukraynalı həmkarlarına Rusiya raketlərini aşkarlamaq üçün istifadə olunan sistemin əlverişsiz hava şəraiti səbəbindən işləmədiyini bildiriblər.
Bildirilir ki, Rusiya yerli vaxtla saat 03:00 radələrində yeni ballistik raket hücumu həyata keçirdikdən sonra ABŞ-ın erkən xəbərdarlıq sistemi yenidən aktivləşdirilib.
Ukrayna rəsmiləri isə CBS News-a açıqlamalarında bu izahı inandırıcı hesab etmədiklərini bildiriblər. Onlar ABŞ-ı erkən xəbərdarlıq sisteminin fəaliyyətinə təsir göstərməkdə ittiham ediblər.
Aytən Yaşar/Turkustan.az