Lassa qızdırması Nigeriyanın müxtəlif ştatlarında yayılmağa davam edir.
Turkustan.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Yanvar ayından bəri ölkədə Lassa qızdırmasından ölənlərin sayının 190-a çatdığı qeyd olunur.
Bəyanatda Lassa epidemiyasından ölüm nisbətinin ötən ilin eyni dövründə qeydə alınan 19,1 faizlə müqayisədə 25,2 faizə yüksəldiyi bildirilir.
Məlumata görə, hesabat həftəsində yeni təsdiqlənmiş yoluxma hallarının sayı azalsa da, bunun gecikməsi, səhiyyə xidmətlərinə çatımlılığın kifayət qədər olmaması və səhiyyə işçiləri arasında infeksiyalarla bağlı narahatlıqlar qalmaqdadır.
Qeyd edək ki, Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində rast gəlinən Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyada ölkənin şimal-şərqindəki Borno əyalətində aşkar edilub.
Siçovul nəcisi ilə təmas yolu ilə ötürülən xəstəlik insandan insana yayıla bilər və ölümcül hemorragik qızdırmaya səbəb ola bilər.
Hakimiyyət orqanları ictimaiyyəti siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır. /Bakıvaxtı.az/