Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda səsləndirdiyi açıqlamalarla bağlı Rusiyanın narazılığına münasibət bildirib.
Turkustan.az-ın xəbərinə görə, Paşinyan qeyd edib ki, AQS sammiti çoxtərəfli platformadır və iştirakçıların çıxışlarını senzura etmək və ya onlara müdaxilə etmək Ermənistanın yanaşmasına uyğun deyil.
O vurğulayıb ki, Vladimir Putin də müxtəlif tədbirlərdə onun iştirakı ilə üçüncü ölkələrlə bağlı bəyanatlar verir və Moskva həmin hallarda İrəvandan reaksiya gözləmir.
Paşinyanın sözlərinə görə, Ermənistan öz maraqları və gündəliyi olan kiçik dövlətdir:
“Biz maraqlarımıza birbaşa təsir etməyən qlobal məsələlərə müdaxilə etməyə çalışmırıq”, – deyə o bildirib. /Globalinfo.az/