Tramp 8 ildən sonra ilk dəfə Çinə səfər edir


ABŞ prezidenti Tramp strateji rəqibi Çinə səfər edir.

Turkustan.az xəbər verir ki, bu səfər, ölkəsinin İsraillə yanaşı İrana hücumları ilə başlayan və İranın cavab zərbələri ilə şiddətlənən Yaxın Şərq müharibəsinin kövrək atəşkəs prosesində hələ də həll olunmadığı bir vaxtda baş verir.

13-15 may tarixlərində Pekinə səfər edəcək ABŞ prezidenti Donald Tramp üç günlük səfəri çərçivəsində Çin prezidenti Si Cinpinlə görüşəcək.

Tramp 8,5 ildən sonra ilk dəfə Çinə səfər edir. ABŞ-ın keçmiş prezidenti Co Bayden Çinə səfər etməmişdi və ölkəyə sonuncu yüksək səviyyəli səfər Trampın 2017-ci ildəki ilk prezidentlik müddəti ərzində baş tutmuşdu.

Əvvəllər 31 mart-2 aprel tarixlərinə planlaşdırılan, lakin ABŞ prezidentinin İrandakı müharibəyə diqqət yetirməsi lazım olduğu üçün təxirə salınan səfərin əsas gündəm maddəsi Yaxın Şərqdəki müharibənin olacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ