Azərbaycanda yeni universitet açıla bilər


Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin son zamanlar zəiflədiyini və indi gücləndirilməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bu barədə TASS-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlıq mümkün deyil.

Kalugin qeyd edib ki, "Təəssüf ki, son zamanlar məhz bu sahə zəifləyib və indi onları gücləndirməyin vaxtıdır".

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bu sahədə perspektivli layihələrə də diqqət çəkib. Bunlara Sankt-Peterburq Dövlət Universitetində Azərbaycanda birgə universitetin yaradılması, eləcə də iki ölkənin Moskva və Bakıdakı səfirliklərində məktəblərin açılması daxildir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ