Çindən İrana “hədiyyə” gətirən gəmini ələ keçirdik


ABŞ ordusu Çindən İrana "hədiyyə" daşıyan bir gəmini ələ keçirib.

Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.

“Gəmidə Çindən bir hədiyyə var idi və bu, çox xoş deyildi. Bir az təəccübləndim”, - deyə o bildirib.

Tramp qeyd edib ki, Çin Prezidenti Si Szinpinlə "qarşılıqlı anlaşma" qurduğuna inanır.

Bir həftə əvvəl isə Tramp Pekinin ona Çinin İrana silah satışının olmayacağına dair zəmanət verdiyini açıqlamışdı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ