Çin sanksiyalara görə ABŞ-a etiraz etdi


Çin ABŞ-ın İran hərbi əməliyyatlarına dəstək verdiyini əsas gətirərək, üç peyk şirkəti də daxil olmaqla, Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına qarşı çıxdığını bildirib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakuon Pekində keçirilən müntəzəm mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Sözçü Lin Çinin beynəlxalq hüquqda heç bir əsası olmayan və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən təsdiqlənməmiş birtərəfli sanksiyalara qarşı olduğunu bildirib və əlavə edib ki, Çin şirkətləri öz qanuni hüquq və mənafelərini qoruyacaqlar.

Lin Çinin İrana qarşı mövqeyinin aydın olduğunu vurğulayaraq bildirib ki, "Daha vacib məsələ vəziyyətdən sui-istifadə edərək digər ölkələri ləkələmək deyil, münaqişənin yenidən başlamasının qarşısını almaq olmalıdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ