Kallas: israillilərə qarşı sanksiyalar tətbiq olunacaq


Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas AB xarici işlər nazirlərinin Fələstin ərazilərini ələ keçirən israillilərə qarşı təklif olunan sanksiyalar barədə siyasi razılığa gələcəyinə ümid etdiyini söylədi.

Turkustan.az xəbər verir ki, Brüsseldə keçiriləcək AB Xarici İşlər Nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verən Kallas, AB-İsrail Assosiasiya Sazişinin ticarətlə bağlı hissələrinin dayandırılması ilə bağlı hələlik heç bir razılaşma əldə edilmədiyini bildirdi.

Kallas, həmçinin Fransa və İsveçin işğal olunmuş Fələstin ərazilərindəki "məskunlaşmalar"la ticarətin qadağan edilməsi və ya məhdudlaşdırılması təklifini də nəzərdən keçirəcəklərini bildirib və əlavə edib ki, bu məsələ ilə bağlı qərar qəbul etmək üçün zəruri AB Komissiyası təklifi hələ təqdim edilməyib.

Kallas Fələstin torpaqlarını ələ keçirən israillilərə qarşı təklif olunan sanksiyalar barədə siyasi razılaşma əldə edilə biləcəyinə ümid etdiyini bildirib və deyib: "Ümid edirəm ki, bu məsələdə həqiqətən irəliləyiş əldə edə bilərik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ