Starmer bir daha bəyan etdi: İstefa verməyəcəyəm!


Keir Starmer partiyasının 7 mayda keçirilən yerli və regional şura seçkilərində ağır məğlubiyyətə uğramasından sonra istefa verməyəcəyini bir daha bəyan edib.

Turkustan.az xəbər verir ki, London şəhərində keçirilən tədbirdə çıxış edən Starmer seçkilərin nəticələrini “çox sərt” adlandırıb.

“Çox yaxşı nümayəndələrimizi itirdik. Bu, ağrıdır və ağrılı olmalıdır”, – deyə, baş nazir bildirib və nəticələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb.

Starmer qeyd edib ki, əsas məqsədi seçicilərə vəd olunan dəyişiklikləri həyata keçirməkdir. O, tez-tez rəhbər dəyişikliyinin ölkəni qeyri-sabitliyə sürüklədiyini deyərək istefa ehtimalını rədd edib:

“Mən təkcə məsuliyyət daşımıram, həm də vəd etdiyimiz dəyişiklikləri həyata keçirmək üçün məsuliyyət daşıyıram. Mühafizəkarlar Partiyasında olduğu kimi davamlı istefalar və rəhbər dəyişiklikləri ölkəni xaosa aparır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ