Tramp anons verdi! Əməliyyat yenidən başlayır


ABŞ prezidenti Donald Trump Azadlıq Layihəsini yenidən başlatmağı düşündüyünü bildirib.

Turkustan.az xəbər verir ki, “Fox News”a danışan Tramp Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan “neytral” ölkələrə məxsus ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə vermək üçün əvvəllər başladığı, lakin sonradan dayandırdığı layihəni yenidən gündəmə gətirməyi düşündüyünü deyib. O, həmçinin “benzin vergisini müvəqqəti olaraq aradan qaldıracağını” bildirib.

Tramp İranla bağlı sərt açıqlamalar verərək deyib: “İrandakı sərt xətt tərəfdarları təslim olacaqlar; razılaşma əldə olunana qədər onlarla məşğul olacağam.” O əlavə edib ki, İranlılar ABŞ-ın dağıdılmış obyektlərdən “nüvə tozunu” təmizləməli olduğunu bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ