İlk dəfə: Ukrayna təşəbbüsü ələ alır, ruslar ərazi itirir


Ukrayna təxminən üç ildən sonra ilk dəfə cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “Ekonomist” (The Economist) nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiya ordusunda yaz hücumu ilə bağlı heç bir əlamət yoxdur və ardıcıl ikinci aydır ərazi (işğal etdiyi torpaqlardan söhbət gedir - red.) itirir.

“Bu dəyişiklik Ukrayna dronlarının artan effektivliyi ilə əlaqədardır ki, bu da Rusiyanın hücum əməliyyatlarını çətinləşdirir və itki nisbətini dəyişir”, - məqalədə qeyd edilib.

Hərbi ekspert Lorens Fridman nəşrə bildirib ki, bu, müharibədə dönüş nöqtəsi ola bilər. O əlavə edib ki, Rusiya qoşunları nəticə əldə edə bilməsə, müəyyən ərazilərdə vəziyyət pisləşməyə başlaya bilər.

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi iddia edir ki, Rusiya ordusu artıq bir neçə aydır ki, müqavilə əsasında cəlb edə biləcəyindən daha çox əsgər itirir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ