Ukrayna Aİ-Rusiya danışıqları üçün Şröderin namizədliyini rədd etdi


Kiyev Rusiyanın Avropa İttifaqı (Aİ) ilə danışıqlar üzrə nümayəndə kimi təklif etdiyi Almaniyanın keçmiş kansleri Gerhard Schröder-in namizədliyini dəstəkləmir.

Turkustan.az xəbər verir ki, bunu bazar ertəsi Aİ Xarici İşlər Şurasının iclasından əvvəl Ukraynanın xarici işlər naziri Andrii Sybiha bildirib.

“Biz qətiyyən belə bir namizədliyi dəstəkləmirik”, – deyə Sibiqa qeyd edib.

O əlavə edib ki, bu vəzifəni icra edə biləcək “bir çox digər layiqli liderlər” mövcuddur.

Məlumata görə, Kaja Kallas da bildirib ki, Şröder Rusiyanın maraqlarını müdafiə edən tanınmış lobbiçi kimi tanındığı üçün onun belə bir rol üçün təklif olunması gözlənilməz deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ