Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...


Ermənistan və Azərbaycan arasındakı sərhədlər 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya olunacaq.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, 2024-cü ildə hər iki ölkə Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası komissiyalarının birgə işi ilə bağlı qaydaları təsdiqləyib:

“Əgər delimitasiya prosesi zamanı tərəflər sərhəd xəttində dəyişikliklərlə bağlı qarşılıqlı məqbul həll yolları tapsalar, bütün bunlar ictimaiyyətə mümkün olan ən şəffaf şəkildə təqdim olunacaq”.

Baş nazir həmçinin delimitasiya prosesinin mərhələli şəkildə şimaldan cənuba - Ermənistan-Azərbaycan sərhədinin Gürcüstanla kəsişməsindən İranla sərhədə qədər davam edəcəyini təsdiqləyib:

“Ayrı-ayrı hissələr razılaşdırıldıqdan sonra müvafiq demarkasiya işləri aparılacaq”. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ