Netanyahunun məhkəməsi ABŞ-İran danışıqları fonunda yarımçıq dayandırıldı


Korrupsiya ittihamları ilə mühakimə olunan İsrailin Baş naziri Benjamin Netanyahu-nun məhkəmə iclası “təhlükəsizlik və diplomatik səbəblər”ə görə planlaşdırılandan daha tez başa çatdırılıb.

Turkustan.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti Netanyahunun bugünkü ifadəsinin nəzərdə tutulandan 3,5 saat əvvəl yekunlaşdığını yazıb.

Məhkəmə iclasın vaxtından əvvəl başa çatdırılmasının “təhlükəsizlik və diplomatik səbəblərlə” əlaqədar olduğunu açıqlayıb.

Ötən həftə də Netanyahunun məhkəmə dinləmələrindən biri təhlükəsizlik səbəbilə tamamilə ləğv edilmiş, digər iki iclasın müddəti isə qısaldılmışdı.

İsrail mediasının məlumatına görə, Netanyahu günün ikinci yarısında ABŞ-İran danışıqları ilə bağlı təhlükəsizlik müşavirələri keçirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ