İran İraq Kürdüstanının Ərbil şəhərində yerləşən hərbi obyektlərə zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Shafaq news” məlumat yayıb. Bildirilib ki, hücumlar axşam saatlarında həyata keçirilib və bir neçə strateji nöqtə hədəf alınıb.
Yerli mənbələr partlayış səslərinin şəhərin müxtəlif ərazilərində eşidildiyini, bəzi hərbi infrastrukturların zərər gördüyünü bildirir.
İlkin ehtimallara əsasən, zərbələr pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində itkilər və dağıntıların miqyası ilə bağlı dəqiq məlumat hələ açıqlanmayıb. /Globalinfo.az/