Zelenski: Ukrayna və Almaniya altı birgə silah istehsalı layihəsi üzərində işləyir


Ukrayna prezidenti Volodimir Zelenski ilə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında görüş keçirilib.

Turkustan.az xəbər verir ki, görüşdə birgə silah istehsalı üzrə altı layihənin hazırlanması, Dron Sazişinin imzalanması, həmçinin hava hücumundan müdafiə və enerji sektoruna dəstək məsələləri əsas müzakirə mövzuları olub.

Zelenski Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardıma görə təşəkkür edərək bildirib:

“Rusiya təcavüzünün ilk günlərindən etibarən bizə dəstək olmusunuz. Almaniyanın ayırdığı 28,6 milyard avro həcmində yardım yalnız hərbi dəstəyi əhatə edir. Bu il göstərilən güclü dəstəyə görə minnətdaram.”

Ukrayna lideri iki ölkə arasında birgə silah istehsalına başlanmasını mühüm addım kimi qiymətləndirib:

“Birgə istehsal sahəsində əməkdaşlığın başlamasından çox məmnunam. Artıq altı layihə üzərində işləyirik. Hesab edirəm ki, bu, müdafiə sənayesi sahəsində münasibətlərimizin yalnız başlanğıcıdır.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ