İspaniyanın cənub-şərqindəki Kanar adalarında lövbər salan və hantavirus hallarının aşkarlandığı "MV Hondius" gəmisindəki bütün sərnişinlər öz ölkələrinə geri göndərilib.
Turkustan.az xəbər verir ki, türk sərnişinlərin sağlamlıq vəziyyəti ilə bağlı son məlumatlar paylaşılıb.
Səhiyyə Nazirliyi mətbuat açıqlamasında bildirib ki, "Beynəlxalq kruiz gəmisində olan son üç vətəndaşımız təcili yardım təyyarəsi ilə ölkəmizə gətirilib və yaxından monitorinq və təcrid prosesləri başlayıb. Əvvəllər ölkəyə daxil olan iki şəxsdə olduğu kimi, bu şəxslərdən də lazımi nümunələr götürülüb. Nəticələrin mənfi olduğu aşkarlanıb və onlar tövsiyə olunan müddət ərzində karantində saxlanılacaqlar. İndiyə qədər aparılan monitorinqlər zamanı beş nəfərdən heç birində heç bir klinik əlamət və ya simptom müşahidə edilməyib".
İspaniya Səhiyyə Naziri Monika Qarsiya sərnişinlərin təxliyə edildiyi gəmidə yalnız 32 nəfərlik heyət üzvünün qaldığını açıqladı. Mətbuata açıqlama verən Qarsiya gün ərzində yanacaq dolduran MV Hondius gəmisinin qalan heyətlə birlikdə axşam Tenerifedən yola düşəcəyini bildirdi.
Nazir Qarsiya həmçinin bildirib ki, "Gəmi yola düşdükdən və təyyarə havaya qalxdıqdan sonra protokola uyğun olaraq limanı dezinfeksiya etməyə başlayacağıq. Bu proses sahə mütəxəssisləri tərəfindən həyata keçiriləcək".
Aytən Yaşar/ Turkustan.az