Rusiya hantavirus epidemiyasından ciddi şəkildə təsirlənə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Rusiya Səhiyyə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
“Səhiyyə sisteminin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə azaldılıb. Bəzi vəsaitlər orduya köçürülüb, digərləri isə veteranların reabilitasiyası üçün istifadə olunur. Səhiyyə Nazirliyindəki problemlər artıq sistemli xarakter daşıyır və artmaqla davam edir.
Üstəlik, Rusiya dərman çatışmazlığı ilə üzləşə bilər. Bu, qismən istehsal problemləri ilə bağlıdır. Buradakı istehsalçılar çətin vəziyyətdədirlər: modernləşdirmə üçün vəsaitləri çatışmır, amma istehsalı artırsalar belə, ixrac bazarı azdır. Təchizat çox məhduddur”, - məlumatda qeyd olunub. /axar.az/