Pezeşkian: Müharibədə qazanılan qələbə diplomatiya ilə tamamlanmalıdır


İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrail üzərində "qələbə" xalqın maraqlarını qorumaq üçün diplomatiya ilə dəstəklənməlidir.

Turkustan.az xəbər verir ki, İran prezident aparatının açıqlamasına görə, Pezeşkian paytaxt Tehranda bir qrup təhlükəsizlik rəsmisi ilə görüşüb.

Pezeşkian burada verdiyi açıqlamada qeyd edib ki, hazırkı vəziyyətdə "İran xalqının ləyaqətlə və milli maraqları nəzərə alaraq danışıqlara girməsi, nə müharibə, nə də sülh mövqeyində qalması və ya münaqişə yolunda davam etməsi" üçün seçimlər var.

Pezeşkian ABŞ və İsrail üzərində qazanılan "qələbənin" xalqın maraqlarını qoruyan diplomatik addımlarla tamamlanmalı olduğunu bildirib və bunun rasional bir yanaşma olduğunu əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ