Tramp: Biz tam qələbə qazanacağıq!


ABŞ prezidenti Donald Trump İranla bağlı heç bir təzyiq hiss etmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp deyib: “Onlar düşünürlər ki, mən yorulacağam, darıxacağam və təzyiq altında qalacağam. Heç bir təzyiq yoxdur. Biz tam qələbə qazanacağıq.”

ABŞ prezidenti Ağ Evdəki Oval Ofisdə jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırarkən İranın “ABŞ nüvə materialını götürə bilər, lakin biz onu dağıntıların altından çıxarmalı olacağıq” mesajını verdiyini qeyd edib.

Tramp bildirib ki, İranda həm mötədil, həm də radikal qüvvələr mövcuddur: “Mötədillərə daha çox hörmət edilir. Radikallar isə sona qədər mübarizə aparmaq istəyirlər.”

O, həmçinin atəşkəs məsələsinin mürəkkəb vəziyyətdə olduğunu vurğulayıb.

İranla diplomatik həllin hələ də mümkün olub-olmaması ilə bağlı suala cavab verən Tramp deyib: “Bu, tamamilə mümkündür. Mən onlarla 4-5 dəfə danışmışam. Onlar fikirlərini dəyişirlər. Rəhbərlik çox qeyri-səmimidir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ