Neftin barel qiyməti 83,66 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 83,66 dollara satılır.

Turkustan.az xəbər verir ki, cümə günü 84,34 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti gün ərzində 83,55 dollara düşüb. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,36-da bağlanış vaxtı ilə müqayisədə 0,13 faiz artaraq 83,66 dollar olub. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 79,97 dollara satılıb.

Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna üzv ölkələrin hasilatın azaldılması qərarından sonra artan tədarük narahatlıqları qiymətlərin aşağıya doğru hərəkətini məhdudlaşdırır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ