ABŞ Prezidenti Donald Tramp ABŞ, Rusiya və Çin arasında üçtərəfli silahlara nəzarət danışıqlarının keçirilməsini dəstəkləyib.
Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin Çin Prezidenti Si Cinpinin 23-25 sentyabr tarixlərində ABŞ-a səfərindən sonra yaydığı məlumatda bildirilib.
Məlumata görə, Tramp və Si Cinpin görüş zamanı Rusiya, İran və Şimali Koreya da daxil olmaqla bir sıra qlobal məsələləri müzakirə ediblər. Tərəflər İranın nüvə silahına malik olmaması və heç bir ölkə və ya qurumun beynəlxalq su yollarından keçid üçün ödəniş tələb edə bilməməsi barədə razılığa gəliblər.
Ağ Evin məlumatında qeyd olunub ki, Tramp ABŞ, Rusiya və Çin arasında silahlara nəzarət üzrə üçtərəfli danışıqların aparılmasını müdafiə edib.
Aytən Yaşar/ Turkustan.az