Trampla görüşdüyü üçün vəzifədən uzaqlaşdırıldı: ŞOK QƏRAR


Kosta Rika Prezidenti Laura Fernandes xarici işlər naziri Manuel Tovarı ABŞ Prezidenti Donald Trampla görüşdə iştirak etdiyinə görə vəzifəsindən azad edib.

Turkustan.az xəbər verir ki, Tovar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Trampla keçirilən və bir sıra Latın Amerikası ölkələrinin nümayəndələrinin qatıldığı görüşdə iştirak edib.

Bundan sonra Fernandes Tovarı görüş barədə əvvəlcədən məlumat vermədiyinə görə vəzifəsindən çıxarıb.

Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, məsələ Tovarın görüşdə iştirak etməsi deyil. Qeyd olunub ki, nazir prezidentə lazımi məlumat verməyib və Fernandesa görüşdə iştirak etmək imkanı yaradılmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ