Bu gün İstanbuldakı İmam Zaynalabdin məscidində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə 2020- ci ildə Azərbaycandakı Vətən savaşında torpaq uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycanın millət vəkilləri Musa Qasımlı, Məşhur Məmmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, İstanbulun Bağcılar rayon İcra hakimiyyətinin başçısı Abdullah Uçqun, Polis rəisi, Bələdiyyə sədrinin müavini Əli Ərdoğan, Azərbaycanın İstanbul Başkonsulu Zamin Əliyev, Diaspora üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Türkiyə Azərbaycan Dərnəklər Federasiyasının sədri Ədalət Turan, Türk Dövlətləri Təşkilatının nümayəndəsi Həsən Hüseynov və İstanbulda yaşayan azərbaycanlılar iştirak edirdi.
Tədbirdə çıxış edənlər Azərbaycandakı birinci və ikinci Qarabağ savaşlarında Vətən uğrunda arapılan əzimli mübarizədən, Azərbaycan xalqının möhkəm iradəsindən və Azərbaycan-Türkiyə dostluğundan danışdılar. Onlar 44 günlük savaşda Türkiyə hökümətinin və Türk xalqının Azərbaycana siyasi və mənəvi dəstəyini xüsusilə vurğulayaraq minnətdarlıqlarını ifadə etdilər. İstanbul Baş Konsulu Zamin Əliyev çıxışında vurğuladı ki: "Belə tədbirlərin keçirilməsi çox önəmlidir və belə tədbirlərdə xüsusən gəclərimiz iştirak etməlidir, biz bu tarixi yaşamışıq, hər şeyi bilirik, amma bizdən sonra gələn nəsillər də bunları yaxşı bilməli, dostunu və düşmənini yaxşı tanımalıdır.
Biz düşmənçılik istəmirik, sülhün tərəfdarıyıq, amma bizə edilən zülümləri də unutmamalıyıq. 2020-ci ildə Ermənistanın dinc sakinlərimizə qarşı törətdiyi təxribatlardan bəhs edən Baş Konsul bildirdi ki, xalqımız Vətən torpaqlarını müdafiə etmək üçün başlatdığı savaşda minlərlə Şəhid verimişdir və bu Şəhidlərin xatirəsi hər birimiz üçün əzizdir. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qələbə qazanaraq adlarını tariximizin şanlı səhifəsinə yazmışlar. Bu savaşda qardaş Türkiyənin dəstəkləri, hər zaman yanımızda olması Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaq, necə ki, Çanaqqala və Qurtuluş savaşlarında minlərlə Azərbaycanlı Şəhidin Türkiyə xalqının yaddaşında əbədi iz buraxdığı kimi. Mən burada Azərbaycan Dövlətinin təmsilçisi olaraq Türkiyə hökümətinə və xalqına minnətdarlıq duyğularımı ifadə etmək istəyirəm".
Tədbirin sonunda Azərbaycan və Türkiyənin torpaq bütünlüyü üçün canlarından keçən əziz Şəhidlərin ruhuna ehsan verildi.






Yaqut Misirxanlı