İsrailin Baş naziri Binyamin Netanyahunun 7 oktyabr 2023-cü il hücumundan əvvəl Qəzzadan gözlənilən hücumla bağlı Misir tərəfindən də xəbərdar edildiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, ABŞ-ın “The Atlantic” nəşrinin məlumatına görə, Misir kəşfiyyatının rəhbəri Abbas Kamil 26 sentyabr 2023-cü ildə Təl-Əvivdəki Ben Qurion hava limanına gəlib.
Məlumata görə, Kamil 7 oktyabr hücumundan qısa müddət əvvəl İsrailə həssas missiya çərçivəsində səfər edib və Qəzza ilə bağlı ciddi xəbərdarlıq çatdırıb.
Nəşr yazır ki, İsrail, Misir, ərəb, ABŞ və Avropa rəsmiləri Misir kəşfiyyat rəhbərinin İsrail tərəfinə HƏMAS-ın böyük hücuma hazırlaşdığı barədə məlumat verdiyini bildiriblər.
İddialara görə, Kamil İsrail hökumətinə münaqişənin qarşısını almaq üçün HƏMAS-a müəyyən iqtisadi güzəştlər edilməsini tövsiyə edib və xəbərdarlıq edib: “Əgər kursunuzu dəyişməsəniz, Qəzza üzünüzə partlayacaq”.
Aytən Yaşar/ Turkustan.az