Pakistanın şimal-qərbindəki Dera İsmayıl Xan şəhərində nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partlayış baş verib.
Turkustan.az xəbər verir ki, Pakistan polisinin məlumatına görə, partlayış nəticəsində azı 7 təhlükəsizlik əməkdaşı ölüb, 20 nəfər yaralanıb.
“Əl-Cəzirə” telekanalı da partlayışda 7 təhlükəsizlik əməkdaşının öldüyünü və 20 nəfərin yaralandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az